Hindistan Gaganyaan kosmik gəmisində astronavt uçuşunu elan etdi - Tech Xəbər

Elm və Kosmos

Hindistan Gaganyaan kosmik gəmisində astronavt uçuşunu elan etdi

19
Link kopyalandı

29

18.07.2025, 09:29

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Hindistanın Elm və Texnologiyalar naziri Jitendra Singh Gaganyaan adlı kosmik gəminin astronavtlarla uçuşunu elan edib. Day.Az-a istinadən TASS xəbər verir ki, bu barədə nazir mətbuata açıqlama verib. Nazir, Hindistanın Şubhanşu Şuklanın Axiom Mission 4 (Ax-4) çərçivəsində ABŞ-ın özəl missiyası ilə kosmosa göndərilməsini xatırladıb. O bildirib ki, növbəti missiya tamamilə Hindistanda hazırlanacaq və bu dəfə Hindistan astronavtları ilk dəfə olaraq Hindistan istehsalı olan kosmik gəmi ilə kosmosa göndəriləcək.

Nazir qeyd edib ki, Gaganyaan ilə astronavtların uçuşu 2027-ci ildə baş tuta bilər. Bu isə Hindistanı insanı müstəqil şəkildə kosmosa göndərmək bacarığına malik olan elit ölkələr sırasına daxil edəcək. Nazir əlavə edib ki, Hindistanın pilotlu kosmonavtika sahəsində növbəti addımı Yerin orbitində stansiya yaratmaq olacaq. Bu stansiyanın 2035-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

19
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)