Elm və Kosmos
Hindistan kosmosa humanoid robot göndərəcək
17
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizHindistan dekabr ayında ilk pilotlu kosmik missiyası olan Gaganyaan üçün hazırlıqlar çərçivəsində humanoid robotu kosmosa göndərməyi planlaşdırır. Hindistan Kosmik Araşdırmalar Təşkilatının (ISRO) rəhbəri Vi R. Narayananın sözlərinə görə, "Vyommitra" adlı humanoid robot qadın görünüşü ilə dizayn edilib və kapsulda avtonom uçuş həyata keçirmək üçün xüsusi olaraq hazırlanıb. Robotun əsas vəzifəsi Gaganyaan kosmik gəmisinin əsas sistemlərinin işini yoxlamaq olacaq. Narayanan əlavə edib ki, bu missiyanın uğurlu olması halında, Gaganyaan üçün daha iki pilotsuz uçuş planlaşdırılır və 2027-ci ildə onun ilk pilotlu uçuşunun baş tutması gözlənilir.