Honor Play 70 Plus: Orta Büdcəli Yeni Smartfon Təqdim Olundu - Tech Xəbər

Honor Play 70 Plus: Orta Büdcəli Yeni Smartfon Təqdim Olundu

7
Link kopyalandı

23

05.08.2025, 02:11

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Honor şirkəti orta büdcəli yeni smartfon modeli olan Honor Play 70 Plus-ı təqdim edib. Bu cihaz böyük ölçülü ekranı, güclü Snapdragon prosessoru və uzun müddət enerji saxlayan batareyası ilə diqqət çəkir.

Honor Play 70 Plus, 120 Hz təsvir yenilənməsinə malik, 1610x720 piksel keyfiyyətində 6.77 düymlük TFT ekranla təchiz olunub. Həmçinin, cihazın gövdəsi IP65 standartı üzrə suya və toza qarşı qorunma xüsusiyyətinə sahibdir.

Smartfon Snapdragon 6s Gen 3 prosessoru ilə işləyir və 8 və ya 12 GB RAM, 256 və ya 512 GB daxili yaddaş konfiqurasiyaları ilə təqdim olunur. Kamera xüsusiyyətlərinə gəldikdə, cihaz 50 MP əsas arxa kamera və 5 MP ön kamera ilə təchiz edilib.

Batareya bölməsində isə Honor Play 70 Plus 7000 mAh enerji tutumlu, 45 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyən batareyaya malikdir.

Smartfonun Çində satışa çıxacağı və qiymətinin 166 ABŞ dollarından başlayacağı bildirilib. Lakin cihazın digər regionlarda da satışa çıxarılıb-çıxarılmayacağı hələ məlum deyil.

7
Link kopyalandı