Huawei Mate XTs: Yeni Üçqat Qatlana Bilən Smartfonun Təqdimat Tarixi və Qiyməti Açıqlanıb
52
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizHuawei şirkəti keçən il Mate XT adlı ilk üçqat qatlana bilən smartfonunu təqdim etmişdi. İndi isə şirkət bu modelin davamçısını təqdim etməyə hazırlaşır. İnsayderlərin verdiyi məlumata görə, yeni üçqat qatlana bilən smartfon Huawei Mate XT 2 əvəzinə Huawei Mate XTs adlanacaq. Məlumatlara əsasən, Huawei Mate XTs smartfonu 12 sentyabr tarixində Çində təqdim olunacaq. Smartfonun satış qiyməti isə 2785 ABŞ dolları təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, birinci nəsil Huawei Mate XT-nin 16 GB RAM-a və 256 GB daxili yaddaşa sahib versiyası 2780 ABŞ dolları qiymətində satışa çıxmışdı.