“İKT-də Qadınlar” Layihəsi: Rəqəmsal Sahibkarlıq Müsabiqəsinin Final Mərhələsi Keçirildi - Tech Xəbər

“İKT-də Qadınlar” Layihəsi: Rəqəmsal Sahibkarlıq Müsabiqəsinin Final Mərhələsi Keçirildi

16
Link kopyalandı

41

25.07.2025, 08:56

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə keçirilən “İKT-də Qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal sahibkarlıq” müsabiqəsinin yekun mərhələsi baş tutdu. Hazırda müsabiqənin 11 finalçısı öz layihələrini münsiflər heyətinə təqdim edir.

Müsabiqənin əsas məqsədi qadınların rəqəmsal bacarıqlarını artırmaq və İKT sahəsində onların iştirakını dəstəkləməkdir. Bununla yanaşı, sosial təsir yaradan ideyaları ilə seçilən layihələrə önəm verilir. Bu təşəbbüs qadınların rəqəmsal imkanlarını genişləndirmək və innovativ yanaşmaları ilə cəmiyyətə müsbət təsir göstərən layihələri üzə çıxarmaq məqsədi daşıyır.

16
Link kopyalandı