İlon Mask aclıq, yoxsulluq və xəstəliklərə qarşı həll yolu tapdı - Tech Xəbər

Texnoloji İnkişaf

İlon Mask aclıq, yoxsulluq və xəstəliklərə qarşı həll yolu tapdı

26
Link kopyalandı

38

31.07.2025, 08:22

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Amerikalı sahibkar və ixtiraçı İlon Mask aclıq, yoxsulluq və xəstəliklərə qarşı mübarizədə həll yolunu tapdığını açıqlayıb. O, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib. Maskın sözlərinə görə, bu qlobal problemlərin həlli süni intellekt və robototexnologiyalar vasitəsilə mümkündür. O, qeyd edib ki, texnologiyanın inkişafı insanlıq üçün yeni imkanlar yaradır və bu sahələrə daha çox diqqət yetirilməlidir. Maskın bu bəyanatı dünya ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Bir çox ekspert onun fikirlərini dəstəkləyərək, süni intellekt və robototexnologiyaların gələcəkdə sosial problemlərin həllində mühüm rol oynayacağını bildiriblər.

26
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)