İlon Mask Apple şirkətini məhkəməyə vermək qərarına gəldi - Tech Xəbər

Texnoloji İnkişaf

İlon Mask Apple şirkətini məhkəməyə vermək qərarına gəldi

8
Link kopyalandı

21

13.08.2025, 06:33

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Amerikalı milyarder və sahibkar İlon Mask, Apple şirkətinin rəqabəti məhdudlaşdıraraq antiinhisar qanunvericiliyini pozduğunu iddia edib. Bu barədə Mask özünün X sosial şəbəkəsindəki səhifəsində yazıb. Day.Az xəbər verir ki, bu məlumat Gazeta.ru-ya istinadən yayılıb.

Maskın sözlərinə görə, Apple korporasiyası App Store-da süni intellekt (SI) kateqoriyasında yalnız OpenAI şirkətinin birinci yerdə olmasına imkan verir. Eyni zamanda, X və ya Grok tətbiqləri "Must Have" (Vacib Olanlar) bölməsinə daxil edilməyib. Halbuki X tətbiqi dünyada ən populyar xəbər tətbiqləri arasında liderdir, Grok isə bütün tətbiqlər arasında beşinci yerdədir.

Mask sosial şəbəkədəki paylaşımında bu vəziyyəti "antiinhisar qanunvericiliyinin birbaşa pozuntusu" adlandırıb. O bildirib ki, onun xAI şirkəti yaxın vaxtlarda məhkəməyə müraciət edəcək.

8
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)