Amerikalı sahibkar İlon Mask, xAI şirkətinin uşaqlar üçün nəzərdə tutulmuş "Baby Grok" adlı tətbiqin hazırlanmasını planlaşdırdığını açıqlayıb. Bu barədə məlumat Day.Az portalında Rusiya REN-TV kanalına istinadən verilib. Mask öz sosial şəbəkəsində yazıb: "Biz uşaqlar üçün uyğun kontent təqdim edəcək 'Baby Grok xAI' adlı tətbiq yaratmağı planlaşdırırıq."
Bundan əvvəl, 13 iyul tarixində, Maskın SpaceX şirkətinin xAI startapına 2 milyard dollar sərmayə yatıracağı və bu startapın süni intellekt əsasında Grok adlı çat-bot hazırladığı bildirilmişdi.


