İnternet bağlantısının sabitliyi və informasiya təhlükəsizliyi təmin edilir - Tech Xəbər

Texnoloji İnkişaf

İnternet bağlantısının sabitliyi və informasiya təhlükəsizliyi təmin edilir

13
Link kopyalandı

18

05.07.2025, 20:00

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Azərbaycanın internet-trafikinin daşınması üçün hər hansı bir ölkədən asılı olmadığı bildirilib. Bu barədə Dövlət Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidmətinin (DXRİTX) bəyanatında qeyd olunub. Bəyanat bəzi kütləvi informasiya vasitələrinin Azərbaycanın qlobal internet şəbəkəsinə qoşulmasında mümkün problemlər və son hadisələr fonunda informasiya təhlükəsizliyinə dair yaydığı məlumatlarla əlaqədar verilib.

DXRİTX-nin açıqlamasında deyilir: "Narahatlıqlara cavab olaraq bildiririk ki, Azərbaycanın əsas internet-provayderləri qlobal şəbəkəyə coğrafi baxımdan bir neçə alternativ marşrut vasitəsilə tam giriş imkanına malikdir. Bu, tələb olunan internet-trafikin həcmini effektiv şəkildə təmin etməyə imkan verir. Beləliklə, ölkəmiz internet-trafikinin daşınmasında hər hansı bir konkret ölkədən asılı deyil."

Bəyanatda həmçinin vurğulanır ki, dövlət informasiya resurslarının internet təminatında alternativlik prinsipi tətbiq edilir. Bu resursların fəaliyyətinin AzstateNet şəbəkəsi vasitəsilə təmin edildiyi və informasiya təhlükəsizliyi tədbirlərinin DXRİTX tərəfindən 24/7 rejimində həyata keçirildiyi qeyd olunub.

13
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)