“iPhone 17 Pro”da yaddaş yeniliyi: 128 GB ləğv edildi - Tech Xəbər

Texnoloji İnkişaf

“iPhone 17 Pro”da yaddaş yeniliyi: 128 GB ləğv edildi

11
Link kopyalandı

20

11.08.2025, 07:12

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

“Apple” sentyabrın 9-da təqdim edilməsi gözlənilən “iPhone 17 Pro” üçün 128 GB başlanğıc variantını ləğv edəcək. “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, şirkət birbaşa 256 GB yaddaşa malik modeli təklif edəcək. Bu, xüsusilə “ProRes” video kimi böyük fayllarla işləyən istifadəçilər üçün 128 GB-ın qeyri-kafi olduğuna dair tənqidlərə cavabdır. Yaddaşın ikiqat artması qiymətlərin artıb-artmayacağı sualını doğurur, çünki 128GB və 256GB “iPhone 16 Pro” versiyaları arasında 100 dollar qiymət fərqi var. Yeni modeldə isə bunun necə olacağı hələlik açıqlanmayıb.

11
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)