Texnoloji İnkişaf
“iPhone 18”in buraxılış tarixi dəyişdi
28
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsiz“Apple” şirkəti “iPhone 18” seriyasının əsas modelinin buraxılış tarixində dəyişiklik edib. “Qafqazinfo”nun xarici mətbuata istinadən verdiyi xəbərə görə, şirkət “iPhone 18” modelini digər modellərdən ayıraraq 2027-ci ilin əvvəlinə təxirə salmaq qərarına gəlib. Bu qərar telefonun təqdimatını seriyanın digər üzvlərindən təxminən altı ay sonra həyata keçirməyi nəzərdə tutur.
Məlumatlara əsasən, bu təxirə salınma ilə şirkət satışları artırmağı hədəfləyir. Belə ki, “Apple” əsas modeli gözləmək istəməyən istifadəçilərin daha bahalı “Pro” modelləri seçəcəyinə ümid edir.
Digər tərəfdən, “iPhone 18 Air”, “Pro” və “Pro Max” modellərinin təqdimatının ənənəvi cədvələ uyğun olaraq 2026-cı ilin sentyabrında baş tutacağı gözlənilir. Bundan əlavə, uzun müddətdir müzakirə olunan qatlana bilən “iPhone” modelinin də bu təqdimatda yer alacağı bildirilir.
Bu arada, rəqib “Samsung” şirkəti isə “Galaxy S26” seriyasının təqdimat cədvəlində heç bir dəyişiklik etməyi planlaşdırmadığını açıqlayıb.