İT nəhənglərinin rəhbərlərinin təhlükəsizlik xərcləri artırılıb - Tech Xəbər

Texnoloji İnkişaf

İT nəhənglərinin rəhbərlərinin təhlükəsizlik xərcləri artırılıb

15
Link kopyalandı

27

17.08.2025, 10:23

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

ABŞ texnologiya nəhəngləri ötən il rəhbərlərinin şəxsi təhlükəsizliyini təmin etmək üçün xərcləri orta hesabla 10%-dən çox artırıblar. Financial Times-ın araşdırmasına görə, Alphabet, Meta Platforms, NVIDIA, Palantir və Tesla kimi kapitalizasiya liderləri bu istiqamətdə ümumilikdə 45 milyon dollar xərcləyiblər. Bu il isə xərclərin daha da artacağı gözlənilir. Bu artımın əsas səbəblərindən biri ötən il United Healthcare şirkətinin rəhbərinin qətlə yetirilməsi hadisəsidir. Bu olay korporasiyaları rəhbərlərinin təhlükəsizlik tədbirlərini gücləndirməyə vadar edib.

ABŞ-da fəaliyyət göstərən özəl mühafizə agentliklərinin məlumatına görə, cari ilin ilk yarısında təhlükəsizlik xidmətlərinə olan tələbat ötən ilin bütün iş həcmini keçib. Xüsusilə texnologiya sektorunda rəhbərlərin təhlükəsizliyinə çəkilən xərclər 2020-2024-cü illər arasında 73.5% artıb. Meta Platforms ötən il təhlükəsizlik xərclərində lider olub. Şirkət rəhbəri və təsisçisi Mark Zuckerberg-in və onun ailə üzvlərinin təhlükəsizliyi üçün 24 milyon dollardan 27 milyon dollara qədər vəsait xərclənib. Bu xərclər həm yaşayış yerlərində, həm də səyahətlərdə mühafizə xidmətlərini əhatə edir.

Bəzi şirkətlər rəhbərlərinin ailə üzvlərinə mühafizə xidməti təqdim etmir. Məsələn, Jeff Bezos və Elon Musk şəxsi təhlükəsizliklərinə yüksək məbləğlər xərcləsələr də, bu rəqəmlər ictimaiyyətə açıqlanmır. Palantir şirkətinin rəhbəri Alex Karp, şirkətin İsrail ordusuna dəstəyi səbəbindən təhdidlərə məruz qalıb. Onun təhlükəsizliyi üçün 24 saat ərzində ən azı 4 mühafizəçi xidmət göstərir. NVIDIA-nın qurucusu Jensen Huang-ın təhlükəsizlik xərcləri isə 2.2 milyon dollardan 3.5 milyon dollara yüksəlib. Huang-ın ictimaiyyət arasında daha tez-tez görünməsi və siyasətçilərlə təmasları onun şəxsiyyətinə olan marağı artırıb.

Elon Musk-ın təhlükəsizliyi də xüsusi diqqət tələb edir. Ötən ilin payızından bəri Musk-a qarşı iki dəfə sui-qəsd cəhdi baş verib. Hal-hazırda onun təhlükəsizliyinə 24 saat ərzində 20-dən çox mühafizəçi nəzarət edir. Musk hətta öz mühafizə agentliyini - Foundation Security-ni qurub. Ötən il Tesla büdcəsindən onun təhlükəsizliyinə 500 min dollar vəsait ayrılıb.

Amazon-un keçmiş rəhbəri Jeff Bezos-un mühafizəsinə ildə orta hesabla 1.6 milyon dollar xərclənirdi. Onun varisi Andy Jassy isə şirkətə daha az xərc tələb edir - 1.1 milyon dollar. Bezos-un rəhbərliyi dövründə Amazon onun kabinetinin pəncərələrini gülləyə davamlı şüşələrlə təchiz etmişdi.

Apple şirkətinin baş direktoru Tim Cook-un təhlükəsizlik xərcləri isə ötən il 2.4 milyon dollardan 1.4 milyon dollara enib. Bəzi şirkətlər rəhbərlərinin təhlükəsizliyini təmin etmək üçün onların fotoşəkillərini və bioqrafik məlumatlarını rəsmi saytlardan siliblər. Bundan əlavə, Lockheed Martin şirkəti baş direktoruna hava səyahətləri üçün yalnız xidməti təyyarədən istifadə etməyi məcburi edib.

Texnologiya sektoru rəhbərləri həmçinin fırıldaqçıların və ya düşmənçilik edən şəxslərin hədəfinə çevrilirlər. Xüsusilə kriptovalyuta sektoru və onun liderləri bu baxımdan yüksək risk altında qalırlar. Bu sahənin volatilliyi bəzi investorların mənfi emosiyalarını sektoru təmsil edən şəxslərə yönəltməsinə səbəb olur.

15
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)