K2-18b planetində həyatın mövcudluğu ilə bağlı iddialar təkzib edildi - Tech Xəbər

Elm və Kosmos

K2-18b planetində həyatın mövcudluğu ilə bağlı iddialar təkzib edildi

7
Link kopyalandı

14

29.07.2025, 06:07

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Bu ilin əvvəlində astronomlar K2-18b ekzoplanetində yadplanetli həyatın mövcudluğuna dair ən inandırıcı sübutları tapdıqlarını bəyan etmişdilər. Lakin yeni tədqiqatlar bu iddiaları təkzib edir. Son bir neçə ildir ki, alimlərin diqqətində olan K2-18b planetində həyatın mövcudluğuna dair ümidlər artıq zəifləmişdir.

K2-18b planeti Yer kürəsindən 124 işıq ili uzaqlıqda yerləşir və ölçü baxımından Yer kürəsindən təxminən 2.5 dəfə böyükdür. Planetin su ilə zəngin olduğu ehtimal edilir. 2023-cü ildə aparılmış araşdırmalarda K2-18b planetinin atmosferində dimetilsulfid və dimetildisulfid kimi molekullar aşkar edildiyi bildirilmişdi. Bu molekullar Yer kürəsində yalnız canlı orqanizmlər tərəfindən ifraz olunur. Buna əsaslanaraq alimlər planetdə həyatın mövcud ola biləcəyini ehtimal etmişdilər. Daha sonra, bu ilin aprel ayında eyni tədqiqat qrupu həmin iddialarını yeniləmişdi.

Lakin James Webb kosmik teleskopu vasitəsilə aparılan yeni müşahidələr bu iddiaların əsassız olduğunu göstərir. Yeni tədqiqatın müəllifləri K2-18b planetinin atmosferində həyat əlamətlərinə işarə edə biləcək molekulların mövcudluğuna dair aydın sübutlar tapmayıblar. Alimlər bildirirlər ki, çox zəif bir biosiqnal ola bilər, lakin bu da böyük ehtimalla səhv interpretasiyadır. Həmçinin, tədqiqatçılar ehtimal edirlər ki, dimetilsulfid kimi molekulların kimyəvi yolla - yəni canlı orqanizmlər olmadan - əmələ gəlməsi mümkündür.

Bununla yanaşı, K2-18b planetinin su ilə zəngin bir dünya olduğu təsdiqlənib. Lakin suyun hansı formada mövcud olduğu hələ də dəqiqləşdirilməyib. Alimlər hesab edirlər ki, bu su ya planetin səthində okeanlar şəklində ola bilər, ya da atmosferdə buxar halında və ya planetin dərinliklərində yerləşə bilər.

Tədqiqatçılar, K2-18b planetinin potensial yaşanılan dünya olub-olmaması ilə bağlı müzakirələrin artıq başa çatdığını düşünürlər. Görünür ki, bu planetdə yadplanetli həyat yoxdur. Lakin planetin xüsusiyyətləri, xüsusilə də su ilə zəngin olması, gələcək elmi araşdırmalar üçün maraqlı bir obyekt olaraq qalır.

7
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)