Texnoloji İnkişaf
Kiber Təhlükəsizlik Mərkəzi beşinci məzun buraxılışını qeyd etdi
16
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizAzərbaycanda kiber təhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssislərin hazırlanması məqsədilə yaradılmış Kiber Təhlükəsizlik Mərkəzi beşinci məzun buraxılışını qeyd etdi. Bu mərkəz Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən, PASHA Holding-in dəstəyi və İsrailin qabaqcıl texnologiya universitetlərindən biri olan Technion İnstitutu ilə əməkdaşlıq çərçivəsində təsis edilib.
Son buraxılış mərasimində 2400-dən çox müraciət arasından seçilmiş 100 mütəxəssis uğurla təlim proqramını başa vurdu. Ümumilikdə isə, mərkəz indiyədək 380 kiber təhlükəsizlik üzrə mütəxəssis hazırlayıb.
PASHA Holding-in dəstəyi ilə İsraildən gələn ekspertlər Azərbaycanda təlimlər keçirərək iştirakçılara ən müasir kiber təhdidlər, texnologiya trendləri və qabaqcıl təcrübələr haqqında məlumat verirlər. Mərkəz, həmçinin, müasir texnologiyalar və avadanlıqlarla təmin olunub. Buraya tədris otaqları, təlim zalları, simulyasiya otaqları və laboratoriyalar daxildir. Bu laboratoriyalarda tələbələr tədqiqatlar aparır və kiber təhlükəsizlik sahəsində innovativ həllər hazırlayırlar.