İnnovasiya və Startaplar
Lumia ağıllı sırğaları: Sağlamlığınızı necə inqilabi şəkildə izləyə bilər?
32
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizAmerikalı startap Lumia sağlamlıq və yuxu keyfiyyətini izləmək üçün nəzərdə tutulmuş ikinci nəsil ağıllı sırğalarını təqdim edib. Cihazın kommersiya satışına 2026-cı ildə başlanacağı və tövsiyə olunan qiymətin 250 dollar (425 AZN) olacağı açıqlanıb.
Hər sırğa təxminən bir qram ağırlığındadır ki, bu da onu dünyanın ən kiçik və yüngül ağıllı cihazlarından biri kimi təqdim etməyə imkan verir. Lumia ağıllı sırğaları, ağıllı üzük və saatlardan fərqli olaraq daha geniş istifadə imkanları təqdim edir.
Lumia 2 bir neçə dizaynda satışa çıxarılacaq, o cümlədən qulağı deşmədən istifadə edilə bilən modellər və mövcud zinət əşyalarına birləşdirilə bilən versiyalar. Sağlamlıq göstəricilərini izləyən modul yalnız bir sırğada yerləşdirilib, bu da sırğalardan yalnız birini taxmağa imkan verir.
Cihazın batareya ömrü beş-səkkiz gün arasında dəyişir. Sırğalar su ilə təmasda ola bilir, lakin dəqiq suya davamlılıq səviyyəsi açıqlanmayıb. Lumia 2-nin funksionallığı qan dövranı göstəricilərini, yuxu keyfiyyətini və fiziki aktivlik səviyyəsini izləməyi əhatə edir. Sırğalar iOS və Android üçün mobil tətbiq vasitəsilə idarə olunur. Əlavə tibbi metriklərə giriş aylıq 10 dollar (17 AZN) abunə haqqı ilə təmin edilir.
Cihazın satışına 2026-cı ildə başlanacaq və müştərilər üçün qızılı, gümüşü və şəffaf rəng variantları təqdim ediləcək.