Mars mənşəli meteorit rekord qiymətə satıldı - Tech Xəbər

Elm və Kosmos

Mars mənşəli meteorit rekord qiymətə satıldı

6
Link kopyalandı

11

18.07.2025, 09:02

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Yer üzərində tapılmış ən böyük Mars mənşəli meteorit - NWA 16788, Sotheby’s hərrac evində 5.3 milyon dollara satılıb. Hərrac evinin saytında yayılan məlumata görə, meteorit daha əvvəl İtaliyada yerləşirdi. Alıcının adı açıqlanmasa da, onun yeni sahibinin kimliyi maraq doğurur. Meteoritin çəkisi 24.67 kiloqramdır və bu, onun qədim dövrlərdə Mars səthindən qopmuş bir qaya parçası olduğunu göstərir. Qopma hadisəsi, Qırmızı planetlə asteroidin toqquşması nəticəsində baş verib. NWA 16788 meteoritinin 2023-cü ilin noyabrında Niger ərazisində, Sahara səhrasında tapıldığı bildirilir.

Hərrac lotuna aid təsvirə əsasən, meteoritin əriməsi nəticəsində yaranmış qırmızımtıl-qəhvəyi örtük ona marsvari bir görünüş verir. Səthində həmçinin meteoritin Yer atmosferindən sürətlə keçməsi zamanı sürtünmə nəticəsində yaranan batıqlar aydın şəkildə görünür. Yerə nisbətən yaxın zamanda düşdüyü üçün bu meteoritin fiziki və kimyəvi tərkibində dəyişikliklər olduqca azdır.

Mütəxəssislər meteoritin ekspertizasını təşkil ediblər. Analizlər onun tərkibinin, 1976-cı ildə ABŞ-ın Viking zondunun Mars səthində topladığı nümunələrlə kimyəvi baxımdan oxşar olduğunu göstərib. Mars mənşəli meteoritlər son dərəcə nadirdir, baxmayaraq ki, ara-sıra Yer üzərində rast gəlinir. NWA 16788 meteoritinin isə eyni mənşəyə malik daha əvvəl tapılmış obyektlə müqayisədə 70% daha böyük olduğu ortaya çıxıb. Rəsmi olaraq 77 000-dən çox meteorit qeydə alınıb, lakin onlardan yalnız 400-ü Mars mənşəlidir.

Bu obyekt 13 iyulda satışa çıxarılıb. Əvvəllər meteorit İtaliyanın Arezzo şəhərində yerləşən şəxsi qalereyada saxlanılırdı. 2024-cü ildə isə İtaliyanın kosmik agentliyində sərgilənmişdi. Sotheby’s əvvəlki və yeni sahiblərin adlarını açıqlamayıb.

6
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)