Microsoft süni intellekt sistemlərini macar dilində inkişaf etdirəcək - Tech Xəbər

Süni İntellekt

Microsoft süni intellekt sistemlərini macar dilində inkişaf etdirəcək

13
Link kopyalandı

21

26.06.2025, 20:00

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Microsoft korporasiyası süni intellekt sistemlərini macar dilində inkişaf etdirmək üçün 10 milyard macar sözünü ehtiva edən məlumat bazasını istifadəyə verəcəyini açıqlayıb. Bu barədə Macarıstanın MTI informasiya agentliyi ölkənin Rəqabət İdarəsinə (GVH) istinadən məlumat yayıb.

İki il əvvəl GVH Microsoft-un Avropada xidmət göstərən süni intellekt əsaslı axtarış sistemlərinin istehlakçı hüquqlarına riayət edib-etmədiyini yoxlamaq məqsədilə araşdırma aparıb. Araşdırma zamanı GVH tərəfindən heç bir qayda pozuntusu aşkar edilməyib. Bununla yanaşı, Microsoft-un iş təcrübəsində dəyişikliklər və istehlakçıların məlumatlılığının artması araşdırmanın nəticələrinə təsir göstərib. Buna baxmayaraq, Microsoft çətin bir öhdəliklər paketini qəbul edib.

İndi Microsoft süni intellekt sistemlərinə inteqrasiya etmək üçün 10 milyard macar sözünü ehtiva edən məlumat bazasını istifadəyə verəcək. Bu məlumat bazası digər sistemlər üçün də əlçatan olacaq ki, digər inkişaf etdiricilər öz süni intellekt sistemlərini macar dilində öyrətmək imkanına malik olsunlar.

Bundan əlavə, Macarıstanın dövlət məmurları, kiçik və orta sahibkarlıq subyektləri (KOS) və istehlakçılar üçün süni intellekt üzrə təlim kursları təşkil ediləcək.

13
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)