Texnoloji İnkişaf
Microsoft Windows 12 haqqında açıqlamalar verdi
31
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizMicrosoft korporasiyasının rəhbər şəxsləri növbəti nəsil əməliyyat sistemi Windows 12 haqqında açıqlamalar veriblər. Bu barədə Neowin nəşri məlumat yayıb və Day.Az Lenta.ru-ya istinadən xəbəri təqdim edib.
Windows layihəsinin rəhbəri Pavan Davuluri və süni intellekt məhsulları üzrə menecer Kristian Brinkhoff bir podkast çərçivəsində gələcək əməliyyat sistemi barədə fikirlərini bölüşüblər. Şirkət nümayəndələri bildiriblər ki, yaxın illərdə Windows istifadəçiləri öz kompüterləri ilə daha çox danışmağa başlayacaqlar. Jurnalistlər hesab edirlər ki, Microsoft bu açıqlamalarla Windows 12-nin əsas funksiyalarına işarə edib. Bundan əlavə, avqust ayının əvvəlində Microsoft-un vitse-prezidenti David Weston siçan və klaviaturadan imtina edilməsinin və səsli girişin önəminin artacağını vurğulamışdı.
Pavan Davuluri qeyd edib ki, Windows-un süni intellekt köməkçisi kompüterin ekranını analiz edərək istifadəçiyə uyğun məsləhətlər və təkliflər təqdim edə biləcək: "Sizin kompüterinizin ekranı görüb konteksti tanıması konsepsiyası bizim üçün gələcəkdə vacib olacaq." O əlavə edib ki, istifadəçi cihazı ilə sərbəst şəkildə danışa biləcək, eyni zamanda mətn yaza, internetdə səhifələrə baxa və ya şəkil çəkə biləcək.
Xatırladaq ki, Windows 11 2021-ci ildə təqdim olunmuşdu. Son yeniliklərdə əməliyyat sisteminə süni intellekt alətləri əlavə edilmişdi.