Elm və Kosmos
Netflix NASA ilə əməkdaşlıq edərək kosmos yayımını təqdim edəcək
13
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizNetflix bu yay NASA Plus ilə əməkdaşlıq edərək kosmosla bağlı canlı yayımlarını təqdim etməyə başlayacaq. NASA Plus 2023-cü ilin noyabr ayında istifadəyə verildikdən sonra kosmosla bağlı sənədli filmlərdən tutmuş raket buraxılışlarına qədər bir çox məzmun təqdim edib. İndi isə bu məzmun Netflix platformasında da yayımlanacaq. Ən önəmlisi isə, bu yayım reklamdan azad olacaq.
NASA Plus-un canlı yayımlarına astronavtların kosmos gəzintiləri, missiya prosesləri və Beynəlxalq Kosmik Stansiyadan Yer kürəsinin heyrətamiz görüntüləri daxildir. Netflix abunəliyi tələb olunsa da, NASA Plus məzmunu əlavə ödənişsiz təqdim ediləcək.
NASA-nın bu əməkdaşlıqdan məqsədi elmi və tədqiqat işlərini daha geniş auditoriyaya çatdırmaqdır. Beləliklə, agentlik müasir media mühitində 700 milyondan çox qlobal istifadəçiyə çatan Netflix vasitəsilə daha çox insanı ilhamlandırmaq istəyir. NASA-nın açıqlamasına görə, bu addım onların fəaliyyətini daha əlçatan etmək məqsədi daşıyır.
Qeyd edək ki, bu əməkdaşlıq eksklüziv deyil. NASA Plus məzmunu hələ də agentliyin rəsmi veb-saytı və iOS, Android, Apple TV, Roku və Amazon Fire TV cihazları üçün mövcud olan NASA tətbiqi vasitəsilə pulsuz izlənilə bilər.