Nintendo Switch konsollarının qiyməti artırıldı - Tech Xəbər

Robot və Cihazlar

Nintendo Switch konsollarının qiyməti artırıldı

9
Link kopyalandı

14

06.08.2025, 08:17

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Yaponiyanın Nintendo korporasiyası Switch konsolları və onların aksesuarlarının qiymətlərini artırıb. Day.Az xəbər verir ki, bu barədə Neowin nəşri məlumat yayıb. Şirkət ABŞ-da qiymətlərin artırılacağını elan edib. Nintendo Switch-in orijinal konsolunun qiyməti 300 dollardan 340 dollara, kompakt Nintendo Switch Lite konsolunun qiyməti isə 200 dollardan 230 dollara yüksəlib. Eyni zamanda, təkmilləşdirilmiş Nintendo Switch OLED-in qiyməti 350 dollardan 400 dollara qədər bahalaşıb.

Aprel ayında təqdim olunan yeni Nintendo Switch 2 konsolunun qiyməti dəyişməyib və əvvəlki kimi 450 dollar olaraq qalır. Bununla belə, aksesuarların qiymətləri artırılıb. Joy-Con, Switch Pro və NES kontrollerlərinin qiymətləri müvafiq olaraq 10 dollar artırılaraq 90, 80 və 70 dollara çatıb. Nintendo, konsol istehsalçılarından biri olaraq məhsullarının qiymətlərini artıran növbəti şirkət olub. Qeyd edək ki, Sony də aprel ayında bir sıra bölgələrdə oxşar addım atmışdı.

Nintendo şirkəti qiymət artımını "bazar şərtləri" ilə izah edib. Eyni zamanda, şirkət ABŞ-da Nintendo Switch 2 konsolunun qiymətinin sabit qalacağını, lakin "gələcəkdə qiymətlərin tənzimlənməsinin zəruri ola biləcəyini" vurğulayıb.

Neowin jurnalistləri qeyd ediblər ki, qiymət artımı nəticəsində Nintendo Switch 2 konsolu hazırda Nintendo Switch OLED-dən cəmi 50 dollar bahadır. "Ümumilikdə, ABŞ-da Nintendo azarkeşləri konsollar üçün əvvəlkindən 15 faiz daha çox ödəməli olacaqlar," - deyə müəlliflər yekunlaşdırıblar.

9
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)