Texnoloji İnkişaf

NVIDIA tarixdə ilk dəfə 4 trilyon dollar kapitalizasiyaya çatdı

3
Link kopyalandı

3

10.07.2025, 00:00

Süni İntellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Amerikanın qrafik prosessorlar və digər çip texnologiyaları üzrə ixtisaslaşmış şirkəti NVIDIA, dünya tarixində ilk dəfə 4 trilyon dollar dəyərində bazar kapitalizasiyasına çatan şirkət oldu. Day.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu məlumat TradingView platformasının reytinq göstəricilərindən əldə edilib.

Platformanın məlumatına əsasən, 9 iyul tarixində keçirilən ticarət sessiyasının nəticələrinə görə, NVIDIA-nın bazar kapitalizasiyası 4 trilyon dollara çatıb. Şirkətin səhmlərinin ABŞ-ın NASDAQ birjasında qiyməti isə 164.74 dollar (+2.34%) təşkil edib. NVIDIA, dünya bazarlarında lider olan ən bahalı ictimai şirkətlər reytinqində birinci yerdə qərarlaşıb. Bununla yanaşı, dünya liderləri arasında ikinci yerdə olan Microsoft-un kapitalizasiyası 3.73 trilyon dollar olaraq qeydə alınıb. Microsoft-un səhmlərinin qiyməti isə 502.26 dollar (+1.14%) təşkil edib.

NVIDIA, 1993-cü ildə təsis edilmiş və mərkəzi Kaliforniya ştatının Santa-Klara şəhərində yerləşən bir texnologiya şirkətidir. Şirkət, süni intellekt, video oyunlar və avtomobil sənayesi kimi sahələrdə geniş tətbiq olunan texnologiyalar inkişaf etdirir.

3
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)

0:00 / 0:00