Onlayn Azərbaycan: Yüksəksürətli İnternetin İnkişafı Layihəsi - Tech Xəbər

Texnoloji İnkişaf

Onlayn Azərbaycan: Yüksəksürətli İnternetin İnkişafı Layihəsi

14
Link kopyalandı

24

27.07.2025, 10:03

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

“Onlayn Azərbaycan” layihəsi ölkənin ən ucqar yaşayış nöqtələrində belə əhali və təşkilatlar üçün yüksəksürətli internetə çıxış imkanı yaratmaq, həmçinin istifadəsini asanlaşdıran innovativ həllər təqdim etmək məqsədi ilə həyata keçirilmişdir. Layihənin əsas hədəfi insanların rifahını yaxşılaşdırmaq və ölkədə müasir texnologiyalar vasitəsilə sabit genişzolaqlı internet xidmətlərini təmin etmək olub. Dövlət-özəl tərəfdaşlıq modelinə əsaslanan bu layihənin icraçıları arasında “Aztelekom” MMC, “Bakı Telefon Rabitəsi” MMC, “Azeronline LTD” və “Smart Systems Tecnology” şirkətləri yer alıb. Layihə GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında qurulmuşdur. Bu texnologiya vasitəsilə müasir genişzolaqlı həll yolları tətbiq edilmiş, köhnə ADSL avadanlığı IMS platforması ilə işləyən GPON avadanlıqla əvəz edilmiş, mis magistral kabel infrastrukturu optik kabellərlə dəyişdirilmişdir. Optik paylayıcı şəbəkənin qurulması internet xidmətinin keyfiyyətini ciddi şəkildə yaxşılaşdırmış, eləcə də IPTV və digər əlavə xidmətlərin göstərilməsinə imkan yaratmışdır. GPON texnologiyası, texniki baxımdan, 1 gigabit/s-dək sürətli internet təmin edir və təbii deformasiyaya dözümlü olması ilə seçilir. Layihə 2017-ci ildə başlamış, 2021-ci ildən etibarən isə regionları da əhatə edərək geniş miqyasda icra edilmişdir. Son 4 il ərzində sabit genişzolaqlı, yüksəksürətli internetə çıxış imkanı yaradılan təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatmışdır. Beləliklə, ölkənin sabit genişzolaqlı internetlə əhatə olunması tam təmin edilmişdir. Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi altında “Telekommunikasiya və İnformasiya Texnologiyalarının İnkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində həyata keçirilmişdir. Son iki ildə ölkədə genişzolaqlı internetin illik orta sürəti 1,4 dəfə artmış və 2024-cü ilin yanvar ayına olan məlumata əsasən, bu göstərici 66 Mbit/s-ni keçmişdir. Layihə çərçivəsində görülən işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilmişdir. Belə ki, dünyanın ən nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile World Congress (MWC)” çərçivəsində “Aztelekom” MMC “Ən Sürətli Sabit Şəbəkə” mükafatına layiq görülmüşdür. Bu mükafat internet sürət testi və təhlili üzrə qlobal lider olan “Ookla”® şirkəti tərəfindən təqdim edilmişdir.

14
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)