Perplexity şirkəti Chrome brauzerini almaq üçün 345 milyard dollar təklif edir - Tech Xəbər

Texnoloji İnkişaf

Perplexity şirkəti Chrome brauzerini almaq üçün 345 milyard dollar təklif edir

9
Link kopyalandı

15

13.08.2025, 07:24

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Amerikanın Süni İntellekt sahəsində fəaliyyət göstərən start-up şirkəti Perplexity, Google-un məşhur Chrome brauzerini satın almaq üçün 345 milyard dollar təklif edib. Şirkət bu addımı ABŞ-da Google qarşısında açılan antiinhisar iddiasına cavab olaraq atıb. ABŞ hökuməti Google-un Chrome brauzerini satmasını tələb edə bilər.

Bloomberg agentliyinin verdiyi məlumata görə, Perplexity-nin təklifi Alphabet şirkətinə (Google-un ana şirkəti) çərşənbə axşamı günü təqdim edilib. Şirkət, bu böyük alışı həyata keçirmək üçün xarici investorlar vasitəsilə maliyyə toplamağı planlaşdırır. Perplexity-nin bu addımı, OpenAI şirkətinin Chrome brauzerini almaq niyyətini bildirməsindən sonra gəlib.

Google isə bu mövzuda hər hansı bir açıqlama verməkdən imtina edib və internet axtarış bazarında antiinhisar qərarını ləğv etmək üçün apellyasiya şikayəti verəcəyini bildirib. Google, Chrome brauzerindən imtina etməyə məcbur olarsa, bazar rəqabətinə töhfə vermək üçün daha yumşaq alternativlər təklif edəcəyini açıqlayıb. Bunlara Apple, Mozilla və Android platformaları ilə bağlanmış standart axtarış müqavilələrinin dəyişdirilməsi daxildir.

Keçən il ABŞ federal məhkəməsi Google-un internet axtarış bazarında qanunsuz inhisar yaratdığını təsdiqləmişdi. Bu qərar nəticəsində ABŞ hökuməti Google-un Chrome brauzerini satmasını və rəqiblərə axtarış məlumatlarına çıxış təmin etməsini təklif etmişdi. Məhkəmənin bu iş üzrə son qərarı yaxın günlərdə gözlənilir.

Perplexity şirkəti, bu ilin əvvəlində baş tutan maliyyələşmə turunda 180 milyard dollar dəyərində qiymətləndirilib. Lakin şirkətin bu böyük məbləği necə ödəyə biləcəyi sual doğurur. Şirkətin baş kommersiya direktoru Dmitri Şevelenko, bir neçə böyük investisiya fondunun bu alışı tam maliyyələşdirməyə razılıq verdiyini bildirib, lakin investorların adlarını açıqlamaqdan imtina edib.

Maliyyə analitikləri Chrome brauzerinin bazar dəyərinin əslində 1000 milyard dollara yaxın olduğunu və Perplexity-nin təklifinin yetərsiz olduğunu bildiriblər. Analitiklər, Google-un Chrome-u satmağa məcbur edilməsinin məhsulun keyfiyyətinə və etibarlılığına mənfi təsir göstərə biləcəyini qeyd ediblər.

Perplexity, həmçinin ABŞ-da TikTok tətbiqinə qoyulan qadağalardan sonra ByteDance şirkətinin ABŞ bölməsini almaq üçün təklif göndərmişdi. Şirkət, Chrome-u satın almağı bacarsa, növbəti iki il ərzində Chrome və Chromium layihələrinə 30 milyard dollar yatıracağını və Chrome komandasının əksəriyyətini işə götürəcəyini vəd edib.

9
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)