Philips Evnia 27M2N6801M oyun monitoru təqdim edildi - Tech Xəbər

Philips Evnia 27M2N6801M oyun monitoru təqdim edildi

7
Link kopyalandı

25

07.08.2025, 06:25

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Philips şirkəti yeni oyun monitorunu təqdim edib. Yeni monitor "Philips Evnia 27M2N6801M" adlanır. Bu monitor iki fərqli rejimdə işləmə xüsusiyyəti ilə seçilir. Birinci rejim çərçivəsində ekran 160 Hz yenilənmə tezliyi ilə 4K görüntü keyfiyyəti təqdim edir, ikinci rejimdə isə 320 Hz yenilənmə tezliyi ilə Full HD görüntü keyfiyyətini təmin edir. Monitor 27 düymlük IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1650 nitdir, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.5 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 99.9%-ni, DCI-P3 rəng diapazonunun isə 98%-ni əhatə edir.

Monitor Adaptive Sync texnologiyasını dəstəkləyir. Girişlərə gəldikdə, cihaz DisplayPort 1.4, HDMI 2.1, USB Type-C, USB Type-B, USB Type-A Gen 1 portları və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişlə təchiz olunub. Hazırda "Philips Evnia 27M2N6801M" monitorunun satış tarixi və qiyməti barədə rəsmi məlumat verilməyib.

7
Link kopyalandı