Qadınlar texnologiyada: CCA Awards 2025 üçün müraciətlər açıqdır
29
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizTexnologiya və innovasiya sahəsində çalışan qadınların uğurlarını tanıtmaq və qeyd etmək məqsədilə təşkil olunan "Women in Tech® Awards" müsabiqəsi dünyanın 7 fərqli regionunda keçirilir. Bu regionlar arasında LATAM, Avropa, MENA, CCA (Qafqaz və Orta Asiya), Amerika, Afrika və APAC bölgələri yer alır. Müsabiqənin hər bir regionu üzrə bütün nominasiyalarda 5 finalçı seçilir. Hər bir kateqoriyanın qalibi isə 2025-ci ilin noyabr ayında Parisdə keçiriləcək "Qlobal Women in Tech® Awards" mərasimində öz regionunu təmsil etmək hüququ qazanır.
Bu çərçivədə "WIT Caucasus & Central Asia Awards" (CCA Awards) artıq dördüncü dəfə baş tutur. Azərbaycan isə bu prestijli müsabiqədə üçüncü dəfə iştirak edir. Ölkəmiz bu qlobal platformada qadın texnoloqlarını və liderlərini dünya ictimaiyyətinə tanıtmağa davam edir.
Müsabiqədə aşağıdakı nominasiyalar üzrə mükafatlandırma həyata keçirilir:
- Aspiring Teen
- Most Disruptive
- Best Ally
- Most Impactful Initiative
- Woman in Web3
- Tech Diplomacy
- Start-Up
- Global Leadership
- Lifetime Achievement
CCA Awards 2025 üçün müraciətlər artıq açıqdır. İştirakçılar üçün son müraciət tarixi 10 iyul 2025-ci il olaraq təyin edilib. Müraciət etmək istəyənlər aşağıdakı linkdən istifadə edə bilərlər: https://womenintech-awards.com/nominations/.
Bu platforma yalnız mükafatlandırma məqsədi daşımır, həm də texnologiya sahəsində çalışan qadınların beynəlxalq görünürlüğünü artırır, yeni imkanlar yaradır və gələcək üçün ilhamverici hekayələrin başlanğıcı olur. Xüsusilə, 2023-cü ildə Azərbaycanı təmsil edən Azertelecom şirkətinin CEO-su Ana Nakashidze "Global Leadership Women in Tech® Award" nominasiyasında qalib adını qazanaraq ölkəmizin texnologiya sahəsində beynəlxalq səviyyədə tanınmasına böyük töhfə vermişdi.
Bu müsabiqə, texnologiya sahəsində çalışan qadınların uğurlarını qeyd etməklə yanaşı, onların beynəlxalq arenada tanınması və yeni perspektivlər əldə etməsi üçün əhəmiyyətli bir platforma rolunu oynayır.