Redmi Note 14 SE 5G təqdim olundu: Yeni smartfonun xüsusiyyətləri və qiyməti - Tech Xəbər

Robot və Cihazlar

Redmi Note 14 SE 5G təqdim olundu: Yeni smartfonun xüsusiyyətləri və qiyməti

11
Link kopyalandı

23

28.07.2025, 16:54

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Xiaomi-nin REDMI brendi yeni orta büdcəli smartfonunu təqdim edib. Redmi Note 14 SE 5G adlanan bu cihaz, geniş ekranı, MediaTek Dimensity prosessoru və orta həcmli batareyası ilə diqqət çəkir. Smartfon, 120 Hz-lik təsvir yenilənmə tezliyinə malik Full HD+ keyfiyyətli 6.67 düymlük AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2100 nit təşkil edir və Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub.

Redmi Note 14 SE 5G-nin gövdəsi IP64 standartı üzrə suya və toza qarşı qoruma xüsusiyyətinə malikdir. Cihaz MediaTek Dimensity 7025 Ultra prosessoru ilə işləyir, 6 GB RAM və 128 GB daxili yaddaş həcmi təklif edir. Kameralar baxımından cihaz 50 MP + 8 MP + 2 MP üçlü arxa kameraya və 20 MP-lik ön kameraya sahibdir. Batareya isə 5110 mAh enerji tutumuna malikdir və 45 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir.

Smartfon 7 avqust tarixində Hindistanda satışa çıxarılacaq və qiyməti 173 ABŞ dolları təşkil edəcək. Hələlik, Redmi Note 14 SE 5G-nin digər regionlarda satışa çıxıb-çıxmayacağı barədə məlumat yoxdur.

11
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)