Texnoloji İnkişaf
Robot döyüşçülər əsri başladı: Türkiyə raket atan robot itini təqdim etdi
13
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizTürkiyənin "Roketsan" şirkəti tərəfindən istehsal edilən ilk raket atan robot iti olan KOZ təqdim edildi. Milli.Az yerli mənbələrə istinadən xəbər verir ki, KOZ robot iti canlı yayımda nümayiş etdirilib. "Roketsan" şirkətinin yeniliklər üzrə direktoru Dr. Emel Mehmet Yazıcıoğlu cihazın xüsusiyyətlərini açıqlayıb. Onun sözlərinə görə, KOZ-un daşıdığı raketlər kiçik ölçülü, idarəolunan və axtarıcı başlıqlı silahlar olub, dünyada bu qədər kiçik ölçüdə idarəolunan sistemlərin inteqrasiyası baxımından bir ilkdir. Raketlər "Mete" adlanır və tamamilə uzaqdan idarəolunur. KOZ ətrafı müşahidə edir, təhlükəli bölgələrə daxil olur, hədəfi tapır və raketi atır. Robot iti enişli-yoxuşlu ərazilərdə, pilləkənlərdə və rampalarda rahat hərəkət edə bilir. Yıxılsa belə, özünü düzəldə bilir. Ən əhəmiyyətli xüsusiyyətlərindən biri onun özbaşına atəş açma qabiliyyətidir. Türk Hərbi Dəniz Qüvvələrinin sabiq vitse-admiralı və strateq professor Dr. Cihat Yaycı isə KOZ-un əsgər itkisini minimuma endirəcəyini vurğulayıb. O, robotun təhlükəli bölgələrə insan əvəzinə göndərilməsinin əsgər həyatını qorumaq baxımından böyük bir xidmət olduğunu bildirib. Dünyada süni intellektin hərbi sahəyə inteqrasiyası sürətləndikcə bu texnologiyanın yaratdığı təhlükələr və narahatlıqlar artır. Super güclər arasında silah texnologiyalarında baş verən yarış yeni mərhələyə qədəm qoyub. Türkiyənin müdafiə sənayesində KOZ kimi robotların inkişaf etdirilməsi yalnız regionda deyil, qlobal səviyyədə diqqət çəkir. KOZ-un texnologiya və müharibələrin təbiətini dəyişdirəcək bir yenilik olduğu vurğulanır. Dünya hərbi dairələri KOZ-un xüsusiyyətlərini izləyərək "robot döyüşçülər əsrinin" başladığını anlayır. Türkiyə bu sahədə lider ölkələrdən birinə çevrilməkdədir.