Rusiyada loyallıq proqramlarında inqilab yaradan yeni platforma istifadəyə verildi
...
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizRusiyada "T-investitsii" brokeri şirkətlərin loyallıq proqramları üçün yeni platforma istifadəyə verib. Bu platforma müştəriləri səhmdar olmağa təşviq edir, səhmdarları isə müştəriyə çevirir. Proqramın şərtləri müxtəlif mexanizmləri əhatə edə və konkret biznes məqsədlərinə uyğunlaşa bilər. Məsələn, şirkətin səhmlərinin hədiyyə edilməsi, pərakəndə mağazalarda bonus kartı üstünlükləri və ya xidmətlərin ödənişində yüksək keşbek.
Rusiyadakı ilk test iştirakçısı aşağı qiymətli "Fix Price" mağazalar şəbəkəsidir. Onların loyallıq proqramı çərçivəsində müştərilər bir ay ərzində mağazalarda 10 000 rubla (təxminən 7000 AZN) alış-veriş etdikdə 1000 "Fix Price" aksiyası hədiyyə alırlar. Hazırda 1000 aksiya təxminən 410 rubla (təxminən 287 AZN) dəyərindədir. "T-investitsii"də 35 000 "Fix Price" aksiyasına sahib olanlar isə "Investor kartı" əldə edirlər. Bu kart mağazalarda hər alış-verişdə xərclənən məbləğin 20%-ni ballarla geri qaytarmağa imkan verir. Toplanmış ballarla isə alış-verişin 99%-ə qədərini ödəmək mümkündür. Proqram üç ay davam edəcək.
Bu platforma müştərilərə yalnız alış-veriş etmək deyil, həm də şirkətin səhmdarı olmaq və investisiya imkanlarından yararlanmaq şansı verir. Belə təşəbbüslər həm gündəlik xərcləri azaldır, həm də maliyyə savadlılığını artırır, bazarda yeni trendlərin yaranmasına təkan verə bilər.