Rusiyada YouTube qadağası: Tam bloklanma mümkün olacaqmı?

Link kopyalandı

...

18.12.2025, 10:22

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Rusiyada YouTube-un tam bloklanması məsələsi gündəmdədir. Dövlət Dumasının deputatları platformanın 6-12 ay ərzində ölkədə tam məhdudlaşdırılacağını bildiriblər. Bu qərar platformanın Rusiya qanunlarını yerinə yetirməməsi ilə izah olunur. Deputat Andrey Svintsovun sözlərinə görə, YouTube ölkədən mərhələli şəkildə 'çıxarılacaq' və xidmətin keyfiyyəti tədricən pisləşdiriləcək.

Deputatlar istifadəçiləri və kontent yaradıcılarını alternativ platformalara keçməyə çağırıblar. Onların fikrincə, bu, gələcəkdə baş verə biləcək problemlərdən yayınmaq üçün vacibdir.

Link kopyalandı