Texnoloji İnkişaf
Rusiyanın məşhur aviaşirkətinə kiberhücum nəticəsində fəaliyyət dayandırıldı
15
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizRusiyanın tanınmış aviaşirkəti "Aeroflot"un informasiya sistemləri kiberhücum nəticəsində fəaliyyətini dayandırıb. Milli.Az xəbər verir ki, bu barədə "lenta.ru" portalı məlumat yayıb. Hücum nəticəsində Şeremetyevo hava limanının sistemlərinə müdaxilə edilib və onlarla daxili və beynəlxalq reys ləğv olunub.
Hücumun məsuliyyətini iki haker qrupu üzərinə götürüb. Rusiya mətbuatı həmin qrupların ukraynalı olduğunu iddia edir. "Aeroflot" səhər saatlarında sistemlərdə problem yaşandığını təsdiqləyərək sərnişinlərdən hava limanının rəsmi internet saytları və səsgücləndiricilər vasitəsilə verilən məlumatları izləməyi xahiş edib. Şirkət həmçinin bildirib ki, mütəxəssislər uçuşların təhlükəsizliyini təmin etmək və xidmətləri tez bir zamanda bərpa etmək üçün çalışırlar.
Nasazlıq səbəbindən Moskvadan bir çox reys ləğv edilib və ya gecikib. Ləğv edilən uçuşlar arasında Həştərxan, Qroznı, Yekaterinburq, İrəvan, Kalininqrad, Kazan, Mineralnıye Vodı, Sankt-Peterburq, Stavropol, Soçi və digər istiqamətlər var. Daha yeddi uçuş isə gecikməkdədir.
Sərnişinlərə tövsiyə olunub ki, hava limanında sıxlığın qarşısını almaq üçün Şeremetyevo hava limanını tərk etsinlər. Həmçinin, yaxın 10 gün ərzində ləğv edilən reyslər üçün bilet pullarını geri almaq və ya yenidən bron etmək mümkündür. Lakin aeroport kassalarında müvəqqəti məhdudiyyətlər mövcuddur.
Rusiya nəqliyyat prokurorluğu hadisə ilə bağlı araşdırma başladıb. İnsidentin səbəbləri və nəticələri ilə bağlı əlavə məlumatların yaxın günlərdə açıqlanacağı gözlənilir.