Elm və Kosmos
Sakit okeanda subduksiya zonası parçalanır: Dünyanı nə gözləyir?
55
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizGeoloqlar Sakit okeanın dərinliklərində subduksiya zonasında — bir litoloji plitənin digəri altında batdığı bölgədə — parçalanma əlamətlərini ilk dəfə qeydə alıblar. Bu barədə 'Science Advances' jurnalında yayımlanan araşdırmada bildirilir.
Plitələrin parçalanması necə baş verir?
Mütəxəssislər qeyd edir ki, subduksiya prosesi, okean ortası dağ silsiləsinin subduksiya zonasına yaxınlaşması ilə dayana bilər. Bu zaman litosfer daha az sıxlıq qazanır və batmaya müqavimət göstərir. Bunun nəticəsində plitələr arasında qırılma baş verir və sərhəd xəritəsi dəyişir. Lakin bu prosesin məkan və zaman dinamikası hələ də tam başa düşülmüş deyil, çünki bu cür proseslərin müasir nümunələri olduqca azdır.
75 kilometrlik qırılma aşkar edilib
Araşdırma zamanı Sakit okeanın şimalında — Ekspolor, Juan de Fuka, Sakit okean və Şimali Amerika plitələrinin toqquşduğu bölgədə mühüm geoloji dəyişikliklər müşahidə edilib. Alimlərin sözlərinə görə, Ekspolor plitəsi toplanmış gərginlik səbəbindən parçalanmağa başlayıb. Sismik vizuallaşdırma və dəniz dibindən əks olunan akustik dalğalar istifadə edilərək, təxminən 75 kilometr uzunluğunda qırılma xətti aşkar edilib. Bu qırılma nəticəsində plitə tədricən parçalanır, yeni mikrolitosfer plitələri yaranır və yeni geoloji sərhədlər formalaşır.
İnsan və ətraf mühitə təsirləri
Bu geoloji dəyişikliklərin təsirləri təkcə yer qabığı ilə məhdudlaşmır. Geoloqlar xəbərdarlıq edir ki, subduksiya zonasının dinamikası, xüsusilə də Juan de Fuka plitəsinin sürətlə deformasiyası, gələcəkdə ABŞ-ın Oregon sahillərində megazəlzələyə səbəb ola bilər. Belə zəlzələlər infrastrukturun dağılmasına, böyük sürüşmələrə və hətta lavinalara səbəb ola bilər.
Kamçatka yarımadasında isə bu tip proseslər epizodik olaraq güclü zəlzələlərə və təbii fəlakətlərə yol açma potensialını artırır. Geoloqlar, Juan de Fuka plitəsinin yaratdığı təhlükənin hətta məşhur San Andreas qırılma xəttindəki seysmik riskdən daha böyük olduğunu vurğulayır.
Bu geoloji kəşf, yer kürəsinin dinamik quruluşunu daha yaxşı başa düşmək üçün elm adamlarına yeni imkanlar yaradır və eyni zamanda, bölgələrdə yaşayan insanların təhlükəsizliyi ilə bağlı vacib suallar doğurur.