Samsung 4 smartfonunun rəsmi dəstəyini dayandırıb - Tech Xəbər

Robot və Cihazlar

Samsung 4 smartfonunun rəsmi dəstəyini dayandırıb

21
Link kopyalandı

28

07.08.2025, 06:24

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Samsung şirkəti dörd smartfon modelinə rəsmi dəstəyi dayandırdığını açıqlayıb. Bu qərar Galaxy A, Galaxy F və Galaxy M seriyalarını əhatə edir. Artıq bu modellər nə Android əməliyyat sistemi yenilənmələri, nə də təhlükəsizlik yenilənmələri almayacaq. Dəstəyi dayandırılmış cihazlar arasında Galaxy A22, Galaxy F22, Galaxy M32 və Galaxy M42 5G modelləri yer alır. Qeyd edilməlidir ki, bu cihazlar ilk dəfə 2021-ci ildə satışa çıxarılmışdı.

21
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)