Robot və Cihazlar
Samsung ağıllı saatların əsas çatışmazlığını izah etdi
20
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizSamsung şirkəti müasir ağıllı saatların bir batareya ilə niyə bu qədər az işlədiyini izah edib. Koreyanın Sisa Journal nəşrinin məlumatına görə, bu barədə Day.Az Lenta.ru-ya istinadən xəbər verir. Mətbuat konfransı zamanı jurnalistlər şirkət rəhbərliyinə Samsung-un ağıllı cihazları haqqında suallar ünvanlayıblar. Onlar Samsung əməkdaşlarından soruşublar ki, niyə Galaxy Watch ağıllı saatları bir batareya ilə bu qədər az müddət işləyir. Cavab olaraq şirkət nümayəndələri bildiriblər ki, geyilə bilən cihazlar əsasən yüksək performansa malik olduqları üçün tez enerji sərf edir.
Jurnalistlər nümunə olaraq Çin brendlərinin saatlarını göstəriblər ki, bu cihazlar bir neçə həftəlik enerji doldurulmadan işləyə bilir. Samsung isə izah edib ki, Çin rəqibləri enerjiyə qənaət edən, lakin aşağı performansa malik çiplərdən istifadə edir. Samsung isə güclü avadanlıq seçib ki, bu da enerjini daha çox sərf edir.
Məsələn, Galaxy Watch 8-də karotinoidlərin miqdarını nəzərə alaraq antioksidant indeksini ölçən sensorlar mövcuddur. Bu göstərici onkoloji xəstəliklərin diaqnozunda kömək edir. Həmçinin, Samsung ağıllı saatları ürək və damar yüklənməsini, həmçinin stress səviyyəsini ölçməyi bacarır. Korporasiyanın nümayəndəsi Çxve Çon Min qeyd edib ki, mühəndislər bu texnologiya üzərində beş ildən çox çalışıblar.