Robot və Cihazlar
Samsung Galaxy A17-nin render görüntüləri internetdə yayımlandı
12
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizSamsung şirkəti yeni orta büdcəli Galaxy A17 smartfonunu təqdim etməyə hazırlaşır. İnternetdə yayımlanan render görüntülərindən cihazın dizaynı ilə bağlı bəzi detalları öyrənmək mümkün olub. Fotolardan görünür ki, Galaxy A17 modeli yastı gövdə dizaynına sahib olacaq və ekranında damcı formalı çıxıntı yerləşəcək. Smartfonun arxa panelində isə oval formalı kamera sahəsi mövcuddur. Bu sahədə üç kamera yerləşdirilib. Bu dizayn Galaxy A17 modelini Galaxy A36 və Galaxy A56 modelləri ilə oxşar edəcək.
Gözləntilərə görə, Galaxy A17 smartfonu 6.7 düym ölçülü AMOLED ekranla təchiz ediləcək və Exynos 1330 prosessoru ilə çalışacaq. Bundan əlavə, cihazda 5000 mAh tutumlu batareya mövcud olacaq. Bu xüsusiyyətlər Galaxy A17-ni orta büdcəli telefon bazarında güclü bir seçim halına gətirə bilər.