Samsung Galaxy Tab S11 Ultra planşetinin ilk görüntüsü təqdim olundu - Tech Xəbər

Robot və Cihazlar

Samsung Galaxy Tab S11 Ultra planşetinin ilk görüntüsü təqdim olundu

6
Link kopyalandı

10

17.07.2025, 08:52

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Məşhur insayder Evan Blass, hələ rəsmi olaraq təqdim edilməmiş Samsung Galaxy Tab S11 Ultra planşetinin ilk render fotosunu yayımlayıb. Fotoda cihazın həm ön, həm də arxa panelləri əksini tapıb. Görüntülərdən də aydın olur ki, Galaxy Tab S11 Ultra xarici dizayn baxımından keçən ilki Galaxy Tab S10 Ultra modelindən ciddi bir fərq göstərməyəcək.

Render görüntüsündə həmçinin S Pen stilusu da diqqət çəkir. Bu, yeni planşetin stilus dəstəyini qoruyub saxlayacağını təsdiqləyir. Planşetin arxa panelində iki kamera modulunun yerləşəcəyi görünür. Hələlik Galaxy Tab S11 Ultra-nın texniki xüsusiyyətləri barədə dəqiq məlumat yoxdur. Lakin ehtimal olunur ki, cihaz 14.6 düymlük ekran ölçüsünü qoruyub saxlayacaq.

Yeni modelin payız fəslində rəsmi olaraq təqdim ediləcəyi gözlənilir.

6
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)