Samsung Tesla üçün Çip İstehsalı üzrə Müqavilə İmzaladı - Tech Xəbər

Texnoloji İnkişaf

Samsung Tesla üçün Çip İstehsalı üzrə Müqavilə İmzaladı

13
Link kopyalandı

22

28.07.2025, 17:23

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Cənubi Koreyanın texnologiya nəhəngi Samsung, ABŞ-ın elektrik avtomobil istehsalçısı Tesla ilə uzunmüddətli çip istehsalı müqaviləsi bağlayıb. Day.Az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Bloomberg agentliyi xəbər yayıb. Müqavilənin ümumi məbləği 16,5 milyard ABŞ dolları təşkil edir və 2033-cü ilin sonuna qədər qüvvədə olacaq.

Bloomberg qeyd edir ki, Tesla ilə yeni müqavilə Samsung-un mikroçip istehsalı bazarında mövqelərini itirdiyi bir dövrdə bağlanıb. Hazırda şirkət, Tayvanın TSMC şirkətindən fərqli olaraq, istehsal gücünü tam şəkildə dolduracaq qədər sifariş ala bilmir. TSMC isə yüksək tələbat səbəbindən müqavilə öhdəliklərini vaxtında yerinə yetirməkdə çətinlik çəkir.

Həm Samsung, həm də TSMC yaxın gələcəkdə 2 nanometr ölçüsündə çiplərin istehsalına keçməyə hazırlaşır.

13
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)