Robot və Cihazlar
Samsung üç cihazın dəstəyini dayandırdı
17
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizSamsung şirkəti rəsmi dəstəyini dayandırdığı cihazlar siyahısına üç yeni model əlavə edib. Bu cihazlar artıq nə Android yeniləmələrini, nə də təhlükəsizlik yeniləmələrini almayacaq. Şirkətin bu addımı onların proqram təminatı dəstəyinin tamamilə bitməsi deməkdir. EoS (End of Support - Dəstəyin Bitməsi) siyahısına daxil edilən cihazlar aşağıdakılardır:
- Galaxy A22 5G
- Galaxy F52 5G
- Galaxy Tab S7 FE
Bu cihazlar ilk dəfə 2021-ci ilin iyul ayında satışa çıxarılmışdı və 4 il ərzində proqram təminatı dəstəyi alıb. Galaxy A22 5G və Galaxy F52 5G modelləri Android 11 ilə bazara təqdim olunmuş və Android 13-ə qədər yenilənmişdi. Galaxy Tab S7 FE isə Android 11 ilə satışa çıxarılaraq Android 14-ə qədər yeniləmələr alıb.
Samsung-un bu qərarı, cihazların proqram təminatı dəstəyinin ömrünün başa çatdığını göstərir. Şirkət, adətən, cihazlarına təqdim etdiyi dəstək müddətini 4 il ilə məhdudlaşdırır. Bu addım, həmçinin, istifadəçiləri daha yeni modellərə keçməyə təşviq etmək məqsədi daşıya bilər.