Texnoloji İnkişaf
Samsung-un qatlanan flaqmanları böyük uğur qazandı
19
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizSamsung şirkəti özünün yeni qatlanan flaqman smartfonlarının satış uğurları ilə öyünür. Bu barədə SamMobile portalı məlumat yayıb və Day.Az Lenta.ru-ya istinadən xəbəri çatdırıb. İyul ayının əvvəlində şirkət Galaxy Z Fold 7 və Galaxy Z Flip 7 modellərini təqdim etmişdi.
Samsung-un hesabatında qeyd edilib ki, yeni cihazın satışları əvvəlki modellərlə müqayisədə Avropada 50 faiz artıb. Şirkət nümayəndələri bildiriblər ki, "premium dizayn və yüksək məhsuldarlıq böyük tələb görür". Bundan əlavə, Galaxy Z Fold 7 modeli Cənubi Koreya və Hindistan bazarlarında böyük uğur qazanıb.
Samsung həmçinin Galaxy Z Fold 7 modelində "Blue Shadow" rənginin ən populyar olduğunu açıqlayıb. Ümumdünya üzrə bu rəngin sifarişləri 40 faiz təşkil edib. Hal-hazırda Galaxy Z Fold 7 və Flip 7 modelləri 49 ölkədə satışdadır və yaxın zamanda 110 ölkədə əlçatan olacaq.