Samsung unikal smartfon buraxmağa hazırlaşır - Tech Xəbər

Texnoloji İnkişaf

Samsung unikal smartfon buraxmağa hazırlaşır

10
Link kopyalandı

18

01.08.2025, 11:31

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Cənubi Koreyanın texnologiya nəhəngi Samsung, bazarda ilk dəfə 2-nanometr texnologiyası ilə hazırlanmış prosessorlu smartfon təqdim etməyə hazırlaşır. Bu barədə Day.Az SamMobile profil nəşrinə istinadən məlumat yayıb. Analitik IDC Brian Manın hesabatına görə, şirkət Exynos 2600 adlı yeni prosessor üzərində işlərini demək olar ki, tamamlayıb.

Exynos 2600, Samsung Foundry adlı şirkətin törəmə müəssisəsində hazırlanıb və 2-nanometr texnologiyası ilə istehsal edilən ilk prosessor olacaq. Müqayisə üçün qeyd edək ki, hazırkı iPhone modelləri 3-nanometr texnologiyasından istifadə edir. Yeni çipin 10 nüvəli əsas prosessoru və Eclipse 960 adlı qrafik sürətləndiricisi olacaq. Bildirilir ki, Eclipse 960, Qualcomm Snapdragon 8 Elite çipindəki Adreno 830 sürətləndiricisindən 10% daha güclüdür. Samsung, Exynos 2600 prosessorunu 2026-cı ilin əvvəlində öz smartfonlarına inteqrasiya etməyi planlaşdırır.

SamMobile mütəxəssisləri qeyd edir ki, Apple hələlik 2-nanometr çiplərə keçid etməyi planlaşdırmır. Buna görə də, Samsung bu sahədə rəqibini qabaqlayacaq. Bundan əlavə, şirkət Tesla ilə 2-nanometr prosessor istehsalı üçün 16,5 milyard dollarlıq müqavilə bağlayıb. Ekspertlər bildirir ki, 2025-2026 illəri Samsung üçün uğurlu görünür.

10
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)