Samsung və Tesla arasında 16,5 milyard dollarlıq əməkdaşlıq müqaviləsi - Tech Xəbər

Texnoloji İnkişaf

Samsung və Tesla arasında 16,5 milyard dollarlıq əməkdaşlıq müqaviləsi

30
Link kopyalandı

37

29.07.2025, 09:29

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Samsung Electronics şirkəti İlon Maskın sahibi olduğu Tesla şirkəti üçün çip tədarük edəcək. Bu barədə Mask özünün X platformasındakı hesabında məlumat paylaşıb. Milyarder iş adamı, Tesla ilə Samsung arasında 16,5 milyard dollarlıq müqavilənin imzalandığını açıqlayıb. Mask bildirib ki, Samsung-un Texasda yeni inşa edilən meqafabriki Tesla-nın növbəti nəsil A16 çipinin istehsalına həsr olunacaq. "Bu çipin strateji əhəmiyyətini qiymətləndirmək mümkün deyil", - deyə Mask qeyd edib. Müqavilənin detallarının 2033-cü ilin sonuna qədər açıqlanmayacağı bildirilib. Bunun səbəbi isə Samsung-un kommersiya sirlərini qorumaqla bağlı öhdəlik götürməsidir. A16 çipinin istehsalına nə vaxt başlanacağı hələ ki, məlum deyil. Bununla belə, Mask daha əvvəl A15 çipinin istehsalının 2026-cı ilin sonunda başlayacağını açıqlamışdı. Xatırladaq ki, hazırda Tesla şirkətinin A14 çipləri də Samsung tərəfindən istehsal olunur.

30
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)