Robot və Cihazlar
Sentyabrda Xiaomi-nin 9 smartfonunun dəstəyi dayandırılacaq
33
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizXiaomi mütəmadi olaraq köhnə smartfon modellərinin dəstəyini dayandırır. Şirkət bu cihazları "End of Support" (EoS) siyahısına əlavə etməklə onların dəstəyini rəsmi olaraq başa çatdırır. Bu siyahıya daxil olan cihazlar artıq Android və təhlükəsizlik yenilənmələrini almaq imkanını itirirlər. İndi isə məlum olub ki, sentyabr ayında Xiaomi-nin ümumilikdə 9 smartfon modeli üçün dəstək dayandırılacaq.
Sentyabrda dəstəyi dayandırılacaq cihazlar Xiaomi, Redmi və Poco brendlərinə aid modelləri əhatə edir. Siyahıya daxil olan smartfonlar aşağıdakılardır:
- Redmi A1
- Redmi A1+
- Poco C50
- Xiaomi 11T
- Xiaomi 11T Pro
- Xiaomi Mi 11 Lite 5G NE
- Xiaomi Mi 11 LE
- Poco M5
- Redmi 11 Prime 4G
Bu cihazların istifadəçiləri üçün bu, artıq sistem yenilənmələri və təhlükəsizlik yamalarının verilməyəcəyi anlamına gəlir. İstifadəçilərə bu modelləri daha yeni cihazlarla əvəz etmələri tövsiyə olunur.