Smartfonlarımız qeyri-adi ulduz partlayışlarının nəticəsidir: Alimlərdən mühüm kəşf - Tech Xəbər

Elm və Kosmos

Smartfonlarımız qeyri-adi ulduz partlayışlarının nəticəsidir: Alimlərdən mühüm kəşf

12
Link kopyalandı

17

09.07.2025, 20:00

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Alimlər sübut ediblər ki, smartfon və elektromobillərdə istifadə olunan litium-ion batareyalarının əsas elementi olan litium, ağ cırtdan ulduzların partlaması nəticəsində yaranır. Bu barədə yayılan məlumat "Astronomy & Astrophysics" jurnalında dərc edilib.

Tədqiqatlar göstərir ki, ağ cırtdanlar (Günəş kimi ulduzların "ölü" qalıqları) digər ulduzlardan maddə çəkdikdə onların səthində "nova" adlı termonüvə partlayışı baş verir. Bu partlayış zamanı "berillium-7" izotopu parçalanaraq "litium-7" əmələ gətirir.

Son müşahidələrdə "V1369 Cen" adlı nova partlayışından yayılan qamma şüalanması bu prosesi təsdiqləyib. Bu kəşf alimlərə litiumun kosmik mənşəyini daha yaxşı başa düşmək imkanı yaradıb. Gənc ulduzlarda yüksək litium miqdarının məhz bu nova partlayışları ilə əlaqəli olduğu müəyyən edilib.

Hazırda alimlər bu qamma siqnallarını digər nova partlayışlarında da izləməyi və nəzəriyyəni tam sübut etməyi planlaşdırırlar. Bu elmi nəticə texnologiya və kosmos araşdırmalarında yeni imkanlar açır.

12
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)