SOLVAS MMC Microsoft CSP proqramı ilə Azərbaycanda mövqeyini genişləndirir

Link kopyalandı

...

Dünən, 11:30

Reklam hüquqları

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

SOLVAS qlobal ekspertiza və qabaqcıl təcrübələrdən yararlanaraq yerli tərəfdaşlara Microsoft bulud həllərini təqdim edəcək.

Solvas (powered by ALSO), Avropanın ən böyük texnologiya təchizatçılardan biri olan ALSO Holding AG-nin Azərbaycandakı yerli hüquqi şəxsi, Azərbaycanda Microsoft Cloud Solution Provider (CSP) distribusiyasını təqdim edir. 2026-cı ilin may ayından etibarən Azərbaycan resellerləri Microsoft-un bulud portfelinə xidmətlərin avtomatlaşdırılmış aktivləşdirilməsi (provisioning), billinq və inteqrasiya alətləri ilə dəstəklənən Solvas Cloud Platform (ALSO Cloud Marketplace) vasitəsilə çıxış əldə edə bilərlər. 

Bu tərəfdaşlıq ALSO-nun 2025-ci ildə Qazaxıstan və Özbəkistan bazarlarına daxil olmasından sonra şirkətin regional böyümə strategiyasında mühüm mərhələdir. Microsoft-un bulud texnologiyalarını ALSO-nun qlobal ekspertizası və sınaqdan keçmiş əməliyyat modelləri ilə birləşdirən bu təşəbbüs Azərbaycandakı müəssisələrin rəqəmsal transformasiyasını sürətləndirmək üçün nəzərdə tutulub. 

Microsoft CSP-nin Azərbaycanda Solvas powered by ALSO vasitəsilə işə salınması CEMA bazarlarında rəqəmsallaşmanı dəstəkləmək öhdəliyimizi daha da gücləndirir”, - deyə SOLVAS-ın Azərbaycan üzrə baş meneceri Qaçay Mirzəyev bildirib. “ALSO-nun formalaşmış rəqəmsal platformaları və SOLVAS-ın yerli ekspertizası sayəsində Azərbaycan tərəfdaşları böyüməni və rəqabət üstünlüyünü təşviq edən strukturlaşdırılmış ekosistemə çıxış əldə edirlər.” 

SOLVAS-ın Azərbaycandakı fəaliyyəti bulud texnologiyalarının tətbiqi, süni intellekt və kibertəhlükəsizlik sahələrində qabaqcıl texnologiyaları, ixtisaslaşmış həlləri və beynəlxalq ekspertizanı ölkəyə gətirəcək. SOLVAS qabaqcıl həllərin peşəkar tətbiqini təmin etmək və texnologiya sektorunda yüksək dəyərli iş yerlərinin yaradılmasına dəstək vermək üçün yerli İT resellerləri ilə əməkdaşlıq edəcək. Bu səylər yerli bacarıq və səriştələri gücləndirəcək və ölkənin rəqəmsallaşma gündəliyinə töhfə verəcək. 

Resellerlər və xidmət təminatçıları üçün bu addım portfel müxtəlifliyini artırmaq, əməliyyat proseslərini təkmilləşdirmək və müştərilərinə geniş spektrdə əlavə dəyər yaradan xidmətlər təqdim etmək üçün yeni imkanlar açır.

ALSO – Texnologiya təchizatçısı

ALSO Holding AG (ALSN.SW) (Emmen/İsveçrə) İKT sənayesi üçün Avropanın ən böyük texnologiya təchizatçılarda biridir və hazırda 31 Avropa ölkəsində, eləcə də PaaS tərəfdaşları vasitəsilə dünyanın bir çox ölkəsində fəaliyyət göstərir. ALSO ekosistemi 135 000-dən çox resellerdən ibarət ümumi potensiala malikdir; onlara 1 570-dən artıq məhsul kateqoriyasında 800-dən çox istehsalçının avadanlıq, proqram təminatı və İT xidmətləri təklif olunur. Dairəvi iqtisadiyyat prinsiplərinə uyğun olaraq, şirkət təchizatdan yenidən istehsala qədər bütün xidmətləri vahid mənbədən təqdim edir. Biznes fəaliyyəti Supply (Təchizat), Solutions (Həllər) və Service (Xidmət) istiqamətlərini əhatə edir. Supply avadanlıq və proqram təminatının tranzaksiya əsaslı təminatını ifadə edir. Solutions müştərilərə fərdiləşdirilmiş İT həllərinin hazırlanmasında dəstək göstərir. Abunəliyə əsaslanan bulud təklifləri, eləcə də IoT, kibertəhlükəsizlik, virtuallaşdırma və süni intellekt (AI) üçün rəqəmsal platformalar Service bölməsinin əsasını təşkil edir. Əsas səhmdar Almaniyanın Düsseldorf şəhərində yerləşən Droege Group-dur. Ətraflı məlumat

Droege Group haqqında

Droege Group (1988-ci ildə təsis edilib) tam ailə mülkiyyətində olan müstəqil investisiya və konsaltinq şirkətidir. Şirkət korporativ dəyəri artırmağa yönəlmiş fərdi transformasiya proqramları üzrə ixtisaslaşıb. Droege Group ailə tərəfindən idarə olunan korporativ strukturunu və kapital gücünü family-equity biznes modelində birləşdirir. Qrup öz kapitalını orta ölçülü şirkətlərə və ayrılmış müəssisələrə (spin-off), həmçinin strateji “buy & build” əməliyyatlarına yönəlmiş “xüsusi imkanlara” investisiya edir. “Execution – following the rules of art” rəhbər prinsipinə əsaslanan qrup icraya yönəlmiş korporativ inkişaf sahəsində qabaqcıl mövqeyə malikdir. Droege Group uzunmüddətli meqatrendlərə əsaslanan fokuslanmış investisiya strategiyasını izləyir. Keyfiyyətə, innovasiyaya və sürətə olan həvəs şirkətin fəaliyyətini müəyyən edir. Son illərdə Droege Group daxili və beynəlxalq bazarlarda uğurla mövqelənmiş və 30 ölkədə fəaliyyət göstərir. Ətraflı məlumat

Məsuliyyətdən imtina (Disclaimer)

Bu press-reliz ALSO rəhbərliyinin cari fərziyyə və proqnozlarına əsaslanan gələcəyə yönəlmiş bəyanatları ehtiva edir. Məlum və məlum olmayan risklər, qeyri-müəyyənliklər və digər amillər burada təqdim olunan gələcəyə yönəlmiş bəyanatlar ilə qrupumuzun faktiki inkişafı, xüsusilə də nəticələri, maliyyə vəziyyəti və fəaliyyət göstəriciləri arasında əhəmiyyətli fərqlərə səbəb ola bilər. Qrup bu gələcəyə yönəlmiş bəyanatları yeniləmək və ya onları gələcək hadisə və inkişaflara uyğunlaşdırmaq üzrə heç bir öhdəlik götürmür.

Link kopyalandı