Sony-dən smartfonlar üçün rekord ölçülü kamera! - Tech Xəbər

Robot və Cihazlar

Sony-dən smartfonlar üçün rekord ölçülü kamera!

Link kopyalandı

156

28.11.2025, 16:10

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

Sony korporasiyası smartfonlar üçün rekord ölçülü kamera modulu təqdim edib. LYTIA LYT-901 adlı modulun təsvir ölçüsü 200 meqapiksel və ölçüsü 1/1,12 düymdür. Sony bu modulu rekord olaraq təqdim etməsə də, bazarda mövcud olan digər sensorlarla müqayisədə ən böyük ölçüyə malikdir. Sensorun piksel ölçüsü 0,7 mikrometrdir və 4 dəfə optik yaxınlaşdırma funksiyasını dəstəkləyir. Bu yaxınlaşdırma funksiyası kadrlama ilə təmin edilir.

Modul həmçinin süni intellekt texnologiyası ilə görüntü işləmə üçün uyğunlaşdırılıb. Mütəxəssislər qeyd edir ki, böyük ölçülü sensor daha çox işıq qəbul edə bilir. Bu, xüsusilə zəif işıqlı şəraitdə çəkilən fotoların keyfiyyətini artırır.

Sony yeni modulu hansı smartfonlarda istifadə ediləcəyini açıqlamasa da, insayderlərə görə, LYTIA LYT-901 ilk dəfə Çin istehsalı Vivo X300 Ultra və Oppo Find X9 Ultra modellərində tətbiq ediləcək. Bununla belə, bazar liderləri olan Apple və Samsung bu modulu istifadə etməyəcək. iPhone istehsalçısı daha kiçik təsvir ölçülü sensorlara üstünlük verir, Samsung isə artıq yeni Galaxy S26 seriyası üçün modullarını seçib.

Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)