Texnoloji İnkişaf
Soyuducunuz enerji sərf edir? Sadə çarə var
18
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizYay aylarında isti hava soyuducuya daxil olur, soyuq hava isə çölə çıxır. Bu, enerji sərfini artırır və qidaların tez xarab olmasına səbəb olur. Milli.Az bildirir ki, soyuducunun qapı rezinlərinin elastikliyinin azaldığını yoxlamaq üçün bir A4 kağızı istifadə edə bilərsiniz. Kağızı qapı rezininin arasına qoyub qapını bağlayın. Əgər kağız asanlıqla çıxırsa, rezin dəyişdirilməlidir.
Bundan əlavə, soyuducuya qoyulan süngər artıq nəmi çəkərək daxildə rütubəti azaldır. Bu, ərzaqların daha uzun müddət təzə qalmasına və enerji qənaətinə kömək edir. Sadə tədbirlər, məsələn, rezin dəyişdirilməsi və süngər istifadəsi, elektrik sərfini 50 faizə qədər azalda bilər. Bu üsullarla həm enerji qənaətini artırmaq, həm də ərzaqların keyfiyyətini qorumaq mümkündür.