Elm və Kosmos
SpaceX, Ax-4 kommersiya missiyasını orbitə göndərdi
13
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizSpaceX şirkəti, Axiom Space ilə əməkdaşlıq çərçivəsində Ax-4 adlı kommersiya missiyasını Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərdi. Şirkətin Dragon kosmik gəmisi tam kommersiya heyəti ilə birlikdə Florida ştatındakı Con Kennedi Kosmik Mərkəzindən yerli vaxtla 02:32-də Falcon 9 raketi ilə orbitə buraxıldı. Uçuşun təxminən bir gün ərzində BKS-ə çatması gözlənilir.
Missiyanın heyətində ABŞ-ın NASA təşkilatının keçmiş astronavtı və missiya komandiri Peggi Vitson, macar astronavt Tibor Kapu, polşalı Slavosh Uznański və Hindistan Hərbi Hava Qüvvələrinin sınaq pilotu Şubhanşu Şukla yer alır. Xüsusilə, Şubhanşu Şukla Hindistan vətəndaşı olaraq ilk dəfə BKS-ə səfər edən şəxs olacaq.
Əvvəlcə may ayında baş tutmalı olan buraxılış, hava şəraiti və texniki nasazlıqlar, o cümlədən maye oksigen sızması səbəbindən bir neçə dəfə təxirə salınmışdı. SpaceX-in bu uçuşu, Axiom Space ilə bağlanan müqavilə çərçivəsində həyata keçirilir və missiyanın canlı yayımı SpaceX-in rəsmi saytında təqdim edilib.