SpaceX, dünyaya kapsulaları orbitə çıxaracaq - Tech Xəbər

Elm və Kosmos

SpaceX, dünyaya kapsulaları orbitə çıxaracaq

14
Link kopyalandı

20

26.06.2025, 20:00

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

SpaceX şirkəti Falcon 9 raket daşıyıcısından istifadə edərək Transporter-14 missiyasını uğurla həyata keçirib və Yer orbitinə bir neçə onlarla kosmik aparat göndərib. Bu aparatların arasında kiçik peyklər və müxtəlif elmi cihazlarla yanaşı, The Exploration Company tərəfindən hazırlanan xüsusi bir cihaz da yer alır. Bu cihazın daxilində təxminən 150 nəfərdən alınmış DNT nümunələri və ya kremasiya olunmuş qalıqlar saxlanılır.

Bu uçuş tək tərəfli bir səyahət deyil, əksinə bir növ orbit ekskursiyasıdır. Qalıqların olduğu kapsulalar bir neçə dəfə Yer ətrafında dövr edəcək, daha sonra atmosferə daxil olacaq. Lakin atmosferdə yanmadan Sakit okeana eniş edəcəklər. Sonra The Exploration Company işçiləri kapsulaları çıxaracaq və onları müştərilərinə xatirə suveniri kimi geri qaytaracaq.

Bu missiya çərçivəsində, həmçinin, üç yaşlı Matteo Bartanın DNT nümunəsi də kosmosa göndərilib. Matteo, kosmosda DNT-si olan ən gənc avropalı kimi tarixə düşüb. Onun DNT nümunəsi, kosmos tədqiqatlarına böyük maraq göstərən mərhum babasının qalıqları ilə birlikdə orbitə göndərilib.

14
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)