Elm və Kosmos
SpaceX Starlink xidmətinin qiymətini əhəmiyyətli dərəcədə endirdi
39
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizSpaceX korporasiyası ABŞ-da Starlink peyk internetinin başlanğıc dəstinin qiymətini iki dəfə endirib. Bu barədə PCMag nəşri məlumat yayıb, Day.Az isə Lenta.ru-ya istinadən xəbər verir. İlon Maskın rəhbərlik etdiyi şirkət terminal və xidmətə qoşulmaq üçün lazım olan digər avadanlıqları 175 dollara satışa çıxarıb. Əvvəllər bu dəstin qiyməti 350 dollar idi. Beləliklə, qiymət iki dəfə azalıb. Təklif ABŞ ərazisində yeni müştərilər üçün qüvvədədir.
Jurnalistlərin sözlərinə görə, IT nəhəngi bu addımla ABŞ-da istifadəçi sayını artırmağa çalışır. Şirkətin son açıqlamalarına görə, ABŞ-da Starlink xidmətindən istifadə edən abunəçilərin sayı təxminən 2 milyon nəfərə çatıb. Bu göstərici ötən il 1,4 milyon idi.
Bundan əlavə, ABŞ-ın bəzi ştatlarında, əsasən mərkəzi və qərb bölgələrində, Starlink standart Residential tarifini 120 dollar əvəzinə 99 dollara təklif etməyə başlayıb. Residential Lite abunəliyi isə 80 dollardan 65 dollara qədər ucuzlaşıb. Lakin bu güzəştlər yalnız birinci il ərzində qüvvədə olacaq.