“Starlink” peyk internetində problem yaranıb - Tech Xəbər

Elm və Kosmos

“Starlink” peyk internetində problem yaranıb

8
Link kopyalandı

13

19.08.2025, 08:17

Süni intellekt

Oxumaq vaxt alır?

Məqalələri dinləyə bilərsiz

“Downdetector” xidmətinin verdiyi məlumata əsasən, “Starlink” peyk internetinin istifadəçiləri bir sıra problemlərlə üzləşiblər. İstifadəçilər internetə qoşulmaqda çətinlik çəkdiklərini, siqnalın zəif olduğunu və ya bağlantının tamamilə dayandığını bildiriblər. Təxminən 43,000-dən çox istifadəçi bu problemləri qeyd edib. Xidmət isə qısa müddət sonra yenidən bərpa olunub.

Problemin əsasən ABŞ-də müşahidə edildiyi bildirilir. Bununla yanaşı, Böyük Britaniya, Almaniya, Kanada və Meksikada da oxşar şikayətlər qeydə alınıb. İstifadəçilər “Starlink” terminallarının işləməməsindən və zəif siqnal qəbulundan narazılıq ediblər.

Azərbaycanlı istifadəçilərdən isə bu barədə hər hansı şikayət daxil olmayıb. Xatırladaq ki, “Starlink” Azərbaycanda 29 mart 2025-ci ildən fəaliyyət göstərir.

Hal-hazırda xidmət tamamilə bərpa olunub. Bununla belə, “Starlink” şirkəti bu problemlə bağlı hələ rəsmi açıqlama verməyib.

8
Link kopyalandı

Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)