Telegram istifadəçisinə istifadəçi adı üçün 25 milyon dollar təklif edilir
26
Süni intellekt
Oxumaq vaxt alır?
Məqalələri dinləyə bilərsizTelegram platformasında @crypto istifadəçi adı üçün rekord məbləğdə təklif edilib. Day.Az-ın Lenta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Telegram-ın yaradıcısı Pavel Durov məlumat verib.
Durov bildirib ki, bu istifadəçi adı iki il yarım əvvəl 350 min dollara alınıb. İllər ərzində onun dəyəri 70 dəfə artaraq 25 milyon dollara çatıb.
"Telegram istifadəçiləri suveren sahiblərdir: vasitəçilərsiz, müsadirəsiz, bütün proseslər TON (The Open Network) ağıllı müqavilələri ilə təmin edilir", - deyə Durov vurğulayıb. O, əlavə edib ki, Telegram, insanların rəqəmsal identifikator və aktivlər üzərində hüquqlarını qoruyan yeganə böyük platformadır.